Türkiyə millisinin sabiq futbolçusu, hal-hazırda futbol şərhçisi olan Nihat Kahveci "Qarabağ" - "Bayer" oyunundan danışıb.
Sportinfo.az xəbər verir ki, o, Ağdam təmsilçisinin matçın ilk hissəsində Leverkuzen klubunu 2:0 hesabı ilə məğlub etməsinə toxunub.
N.Kahveci bunu Avropa Liqasının sürprizi adlandırıb:
"Qarabağ" 2:0 öndə! Bizə də bu barədə yazırlar. "Bayer" bu mövsüm 1 matçda belə məğlub olmayıb.
Mən "Qarabağ"la oyunda rotasiya edib-etmədiklərinə baxmayacağam. Çünki heç kim heyətə baxmaz.
"Qarabağ" ilk hissədə 2:0 qalib gəlib. Xavi Alonso mənim dostumdur.
"Real Sosyedad"da oynayarkən mənə 60 metrdən ötürmə verirdi. Xavi Alonso qələbə üçün mübarizə aparır.
Amma "Qarabağ"ın ilk hissədə 2:0 hesabı ilə qalib gəlməsi Avropa Liqasının sürprizidir. Belə bir şey olmayıb.
Bu, "Fənərbaxça" üçün motivasiya olmalıdır. Avropa Liqasının qalibi olmaq üçün 1 nömrəli favorit "Bayer"dir.
"Qarabağ"ın inkişafı necə də gözəldir. Vallah, halal olsun, azərbaycanlı qardaşlarımıza.
İllərdir ki, avrokuboklarda çox yaxşı nəticələr əldə edirlər. İnşallah, mərhələ adlayan tərəf olarlar".
"Qarabağ" - "Bayer" oyunu 2:2 hesabı ilə başa çatıb. Bu komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.