Hazırda İngiltərədə “Ridinq”in baş məşqçisi vəzifəsini icra edən Ruben Selles Azərbaycanda keçirdiyi günləri xatırlayıb.
Sportinfo.az xəbər verir ki, 40 yaşlı mütəxəssis “Qarabağ”da maraqlı təcrübə topladığını sözlərinə əlavə edib:
“2015-ci ildə Azərbaycana qayıtdım, iki il yarım “Qarabağ”da işlədim. İkinci və fiziki hazırlıq üzrə məşqçi idim.
Ardıcıl iki mövsüm ölkə çempionu olduq və kuboku qazandıq.
2017/2018 mövsümündə “Çelsi” (İngiltərə), “Roma” (İtaliya) və “Atletiko” (İspaniya) kimi klublarla Çempionlar Liqasının qrup mərhələsində mübarizə apardıq”.
Ruben Selles 2012-2014-cü illərdə “Neftçi”də, 2015-2017-ci illərdə isə “Qarabağ”da işləyib.