“Qafqazdan tutmuş Afrikaya qədər harda qardaşımız varsa, onun dərdi bizim dərdimizdir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Milli Müdafiə Nazirliyi Quru Qoşunları Məktəbinin məzuniyyət mərasimində çıxışı zamanı bildirib.
“İki dövlət, bir millət devizi ilə hərəkət etdiyimiz Can Azərbaycanla birləşdiyimiz kimi, Türk Cümhuriyyətlərindəki bütün qardaşlarımızla da ürəyimiz eyni döyünür”, - Ərdoğan əlavə edib.