COP29

"Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşarsa..."

2 Avqust 07:20 Sizdən Bizə 1 329
"Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşarsa..."

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə ilə Ermənistan arasında sərhədin hansı şərtlər altında açıla biləcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Nazir bu barədə “Sabah” qəzetinə müsahibəsində məlumat verib.

O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşarsa, bu məsələyə də baxıla bilər:

“Azərbaycanla Ermənistan arasında danışıqlar davam edir. Münasibətlərin normallaşacağı təqdirdə bizim də ssenarimizi hazırlamağımız lazım gələcək.

Hazırda fəaliyyətlər bu istiqamətə yönəlib. Yekunda pozitiv ssenarini həyata keçirə bilərik, yəni Ermənsitanla sərhədi aça bilərik”.

Digər Xəbərlər
Xəbər Lenti