COP29

"Mahir II Bundesliqada qalmağımız üçün lazımi köməkliyi göstərmək gücündədir"

9 Avqust 03:00 Sizdən Bizə 1 324
"Mahir II Bundesliqada qalmağımız üçün lazımi köməkliyi göstərmək gücündədir"

"Nürnberq"in baş məşqçisi Miroslav Kloze komandanın yeni transferi Mahir Emreli haqda danışıb.

Sportinfo.az xəbər verir ki, alman mütəxəssis azərbaycanlı hücumçu barədə xoş sözlər səsləndirib. O, yaxşı oyunçu qazandıqlarını bildirib:

"Həqiqətən, yaxşı oyunçu qazandıq. Mahirin əla təcrübəsi var və yaxşı çempionatdan gəlib.

Emreli II Bundesliqada qalmağımız üçün lazımi köməkliyi göstərmək gücündədir. O, gözəl xarakterə malikdir. Həm də topla yaxşı rəftar edə bilir, mövqeləri hiss edir".

Digər Xəbərlər
Xəbər Lenti