Namibiya yığmasının müdafiəçisi Lubeni Haukonqo ilə müqaviləni ləğv etməli olan «Şamaxı» bu boşluğu doldurmağa gecikməyib
. Qanında «Hepatit» virusu aşkarlandığı üçün Azərbaycanı tərk edən afrikalının yerini serbiyalı tutub.
Vasili Bakiç artıq düşərgədədir. «Şirlər» balkanlı mərkəz oyunçusu ilə 1 illik müqavilə imzalayıb. 24 yaşlı legioner son mövsümü ölkəsində, «Kolubara»da keçirib.
Bakiç “Şamaxı”nın 13-cü transferidir.
Əyalət təmsilçisi ona kimi Adil Nağıyev, Rafael Məhərrəmli, İlkin Muradov, Rauf Rüstəmli, Rüfət Abbasov, Belajdi Pusi, Brahim Konate, Georgi Kantariya, Kamal Bayramov, Fəxri Məmmədli, Vasiliye Radenoviç və Conatan Bentekeni sıralarına qatıb.
SPORTİNFO.AZ