COP29

“Bizim yerimizdə kim olsaydı, bununla razılaşardı”

4 Avqust 12:20 Şamaxı 1 604
“Bizim yerimizdə kim olsaydı, bununla razılaşardı”

“Biz Azərbaycan futbolunun beynəlxalq arenada yaxşı təmsil olunması üçün buna razılıq verdik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov deyib.

Bilindiyi kimi, Premyer Liqanın ilk turunda dəyişiklik edilib.

Ölkəmizi Konfrans Liqasında təmsil edən “Sabah”ın rəsmi müraciəti, “Şamaxı”nın rəsmi razılıq məktubu, Peşəkar Futbol Liqasının qərarı ilə “bayquşlar”ın növbəti mərhələyə daha yaxşı hazırlaşması və mümkün zədələrin qarşısının alınması məqsədi ilə 1-ci turun “Şamaxı” – “Sabah” oyunu ilə, 18-ci turun “Sabah” – “Şamaxı” oyununun yeri dəyişdirilib.

“Şirlər”in çalışdırıcısı real vəziyyətə uyğun qərar verdiklərini bildirib:

“Sabah” həftəiçi “Makkabi” ilə 120 dəqiqə çox ağır oyun keçirdi və mərhələ adladı. Onları qabaqda daha bir çətin səfər gözləyir.

Klubumuza müraciət edib, yerdəyişmə istəyincə, bunu nəzərə aldıq. Fikrimcə, bizim yerimizdə kim olsaydı, razılaşardı.

Əlbəttə, Masazırda yaxşı nəticə üçün meydana çıxacayıq. Yeni komandayıq və mövsümə uğurlu başlamaq istəyirik”.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…