COP29

Pullarını ala bilməyən futbolçular AFFA-ya şikayət etdi, onlara deyildi ki…

20 İyul 14:40 Şamaxı 2 709
Pullarını ala bilməyən futbolçular AFFA-ya şikayət etdi, onlara deyildi ki…

Bir illik fasilədən sonra Premyer Liqaya qayıdan «Şamaxı»da narazılıq böyüməkdədir.

Klub rəhbərliyi ötən mövsüm I Liqada çempion olan futbolçuları düşərgədən göndərsə də, onlar qarşısında götürdüyü maliyyə öhdəliklərini yerinə yetirmir.

Onlar yola salınıb, amma 2 aylıq maaşı borcları hələ ödənilməyib.

Bugünlərdə məlumat vermişdik ki, aldadıldığını düşünən oyunçular AFFA prezidenti Rövşən Nəcəflə görüşmək niyyətindədir. Sabiq «şirlər» onun qəbuluna düşə bilməsələr də, federasiyanın binasına yollanıblar.

Narazı qrupu qurumun icraçı vitse-prezidenti və baş katibi Sərxan Hacıyevin müavini Kamran Vəliyev qəbul edib.

Şikayətçilər «Şamaxı» idarəçilərinin onların problemlərinə biganə yanaşdıqlarını, müxtəlif bəhanələrlə əməkhaqlarının ödənilməsini yubatdıqlarını bildiriblər.

K.Vəliyev futbolçulara bir qədər də gözləməyi məsləhət görüb. Deyib ki, öncə kluba rəsmi şəkildə müraciət etsinlər.

Əgər qarşı tərəf bu müraciətə də barmaqarası yanaşsa, UEFA və FİFA-ya müvafiq şikayət məktubu göndərmələrinə köməklik göstəriləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti