COP29

Azərbaycanda belə qərabəxt ikinci baş məşqçi varmı, görəsən?

20 Oktyabr 22:30 Şamaxı 5 161
Azərbaycanda belə qərabəxt ikinci baş məşqçi varmı, görəsən?

«Şamaxı» yenə «vurulur».

Ayxan Abbasovun son vaxtlar bəxti heç gətirmir.

Hara gedir, harada işləyir, hakimlər onunla, komandasıyla ədavət aparırlar.

«Turan Tovuz»da işlədiyi 2 ildə də belə oldu, indi də belədir. Hansısa bir gözəgörünməz qüvvə Abbasovun karyerasını məhv etməyin, özünü təbdən, əsəbdən çıxarmağın üzərində işləyir.

«Turan»da problem Ehtiram Quliyevin üstündə idi. Klubun İdarə Heyətinin sədri AFFA rəhbərliyinə gəlmək iddiasında olduğundan, federasiyanın ali şəxsləri hakimlərin vasitəsilə «Turan»ı meydanda «ağ yuyub, qara sərirdilər».

«Şamaxı»dakı vəzifəlilərin belə bir istəyi, iddiası yoxdur. Başda Elçin Usub, bu adamların heç özləri bilmir ki, nə istəyirlər.

Futbolda təsadüfi kəslərdir, bu gün var, sabah yoxdurlar.

Ayxan Abbasov Tovuzda işləyəndə, «Turan», heç olmasa, aradabir rəsmi surətdə bəyanat yayır, komandaya yönəlik yanlış hakim qərarlarına sərt reaksiya verirdi.

Əliyar Ağayev və digərləri onları az qala «minib çapır», di gəl, «Şamaxı»nın başbilənləri ağızlarına su alıb oturub. Ortlıqda yeyib qıraqda gəzən bu adamlarla işləmək gerçəkdən əzabdır.

Görünür, Ayxan Abbasov hardasa, haçansa bir günah iş tutub ki, indi gəlib belə insanların əhatəsində çalışır.

Niyə susurlar, kimə görə susurlar, kimdən qorxurlar? O qədər belə cavabsız sual var ki…

Özünə, sözünə, baş məşqçisinə, komandasına hörmət edən rəhbərlik indiyə kimi azı 3-5 dəfə haqq səsini ucaldar, AFFA da görərdi ki, yox, bunlar ölü bit deyil, gərək özümüzü bir az yığışdıraq.

Harada qaçıb gizlənmisiz, etirazınızı bildirin də! Bir Ayxan Abbasov tapmısız, çatan onu ağladır indi.

Fərid Hacıyevin «Araz-Naxçıvan»la matçda çalmadığı penalti fitinə səssiz qalan rəhbərliyə ar olsun!

Utanmırlar e, Ayxan Abbasov meydanda tək qalıb, onlar siçan deşiyi kirayələyirlər yenə.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 04:10 Xəzərdə zəlzələ oldu