“Şamaxı”nın dekabrda yollarını ayırdığı Ramin Əhmədova yeni təklif gəlib.
24 yaşlı yarımmüdafiəçi karyerasını II Liqada davam etdirə bilər.
Birinci Liqaya vəsiqə uğrunda mübarizə aparan “Şəfa“ ona 1 illik müqavilə təklif edib.
Vaxtilə “Zirə“nin də formasını geyinmiş Zaqatala futbolunun yetirməsi dəvətə müsbət cavab verərsə, aylıq 3000 manat əməkhaqqı qazanacaq.
Əhmədov I Liqadan da bir neçə çağırış alıb. Gəl ki, o, karyerasını yox, pulu daha çox düşünür.
Bir az artıq məbləğə sahiblənmək üçün yarımhəvəskar II Liqada meydana çıxmağa həvəsli görünür.
SPORTİNFO.AZ