COP29

Klubla anlaşan əcnəbiyə niyə Azərbaycanda yaşamaq icazəsi verilmədi? – ŞOK SƏBƏB!

20 İyul 11:40 Şamaxı 2 274
Klubla anlaşan əcnəbiyə niyə Azərbaycanda yaşamaq icazəsi verilmədi? – ŞOK SƏBƏB!

Xəbər verildiyi kimi, “Şamaxı” yeni transferi Lubeni Haukonqo ilə müqaviləni ləğv edib.

Namibiya millisinin üzvü Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ölkədə yaşamaq icazəsi ala bilməyib.

Bu üzdən tərəflər arasında imzalanan müqavilə qüvvəyə minməyib.

I Liqanın çempionu kimi Premyer Liqaya qayıdan “şirlər“ müdafiəçi ilə 1 illik müqavilə imzalamışdı.

Yerli «Svakopmund»nun yetirməsi olan 23 yaşlı arxa xətt oyunçusu bura gələnə kimi Cəniubi Afrika Respublikasında «Kape Toun Spurs»un formasını geyinib.

Şamaxının eyniadlı təmsilçisi afrikalı legionerin konkret hansı səbəbdən ölkədə yaşamaq icazəsi ala bilmədiyini açıqlayıb.

Problemin mahiyyəti isə artıq bizə məlumdur. Əmma ondadır ki, namibiyalı tibbi baxışdan keçə bilməyib.

Qan analizləri zamanı onda «Hepatit» virusu aşkarlanıb. Bu virusun daşıyıcılarına isə işçi vizası verilmir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti