COP29

Azərbaycan klubu Bosniya və Hersoqavinadan müdafiəçi transfer etdi

20 İyul 01:00 Şamaxı 1 061
Azərbaycan klubu Bosniya və Hersoqavinadan müdafiəçi transfer etdi

“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi növbəti transferini reallaşdırıb.

"Şamaxı" Vasiliye Radenoviçi heyətinə qatıb. Mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Radenoviçin son klubu Bosniya və Hereoqavinada “GOSK Gabela” olub.

"Şamaxı" bunadək Adil Nağıyev, Rafael Məhərrəmli, İlkin Muradov, Rauf Rüstəmli, Rüfət Abbasov, Belajdi Pusi, Brahim Konate, Georgi Kantariya, Kamal Bayramov, Lubeni Haukonqo və Fəxri Məmmədlini sıralarına qatıb.

Lakin "Şamaxı" yeni transferlərindən Lubeni Haukonqo ilə yollarını ayırıb. Namibiya millisinin üzvü olan futbolçu Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkədə yaşamaq icazəsi ala bilməyib.

Ona görə də Haukonqo üçün tərəflər arasında imzalanan müqavilə qüvvəyə minməyib.

Digər Xəbərlər
Xəbər Lenti