“Şamaxı” Lubeni Haukonqo ilə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, namibiyalı legioner Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkədə yaşamaq icazəsi ala bilmədiyi üçün tərəflər arasında imzalanan müqavilə qüvvəyə minməyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub adıçəkilən müdafiəçiyə gələcək karyerasında uğurlar arzulayıb.