COP29

Məşhur oyunçunun qardaşı Azərbaycan klubunun şərtləti ilə razılaşdl

13 İyul 13:00 Şamaxı 4 239
Məşhur oyunçunun qardaşı Azərbaycan klubunun şərtləti ilə razılaşdl

I Liqanın çempionu olan və Premyer Liqaya qayıdan "Şamaxı" heyətini yeni legionerlə gücləndirmək niyyətindədir.

Region təmsilçisi Conatan Bentekenlə danışıqlar aparır.

Keçən mövsümü "Union"da (Lüksemburq) keçirən belçikalı hücumçy hazırda azad agent statusu daşıyır.

29 yaşlı forvard tanınmış futbolçu Kristian Bentekenin kiçik qardaşıdır.

O, bunadək ölkəsində "Vize", "Zülte Vareqem", İngiltərədə "Kristal Pelas", "Oldhem Atletik", Kiprdə "Omoniya", Almaniyada "Alemanniya", "Verqberq-Beek" və ABŞ-da "Laudaun Yunayted"in formasını geyinib.

"Şamaxı"dan redaksiyamıza verilən məlumata görə, Conatan ona təklif olunan müqavilə şərtləri ilə böyük ölçüdə razılaşıb.

Belçikalının yaxın günlərdə Azərbaycana gəlməsi və 1 illik müqaviləyə imza atması gözlənilir.

«Şamaxı» buvaxta kimi Adil Nağıyev, Rafael Məhərrəmli, İlkin Muradov, Rauf Rüstəmli, Rüfət Abbasov, Belajdi Pusi, Brahim Konate, Georgi Kantariya, Kamal Bayramov, Lubeni Haukonqo və Fəxri Məmmədli ilə anlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti