«Sabah» daha bir futbolçusunu «Şamaxı»ya icarəyə verib.
Ötən ay Rauf Rüstəmlini əyalət təmsilçisinin düşərgəsinə göndərən «bayquşlar» bu dəfə Fəxri Məmmədlini «şirlər»in ümidinə buraxıb.
2005-ci il təvəllüdlü yarımmüdafiəçi gələn mövsüm Premyer Liqada özünü göstərmək imkanı əldə edib.
Onun U-19 yığmasının da üzvü olmasını xatırladaq.
SPORTİNFO.AZ