“Hər bir komandanın özünə görə məqsədi var”.
Bu sözləri Sportinfo.az-a açıalamasında “Şamaxı”nın albaniyalı legioneri Belajdi Pusi deyib.
Yayda “Turan Tovuz”u “şirlər”ə dəyişən hücumçu “qorxmursan ki, qış fasiləsinə qədər 7-ci pillə əlinizdən çıxar” sualına cavabında bunları söyləyib:
“Bu barədə, əlbəttə ki, düşünürük. Çempionatda ciddi rəqabətin olduğunu nəticələrdən görmək mümkündür.
Bütün komandalar sona qədər döyüşür, özlərini sübut etməyə çalışırlar. Təhlükəli zonada olmamaq üçün qarşıdakı oyunlardan xal və ya xallarla ayrılmalıyıq”.