“Şamaxı” və "Kəpəz" arasında iyulun 14-də Qəbələ şəhər stadionunda keçirilməli olan yoxlama matçı təxirə salınıb.
Sportinfo.az xəbər verir ki, bu barədə "Şamaxı"nın mətbuat xidməti mlumat yayıb.
Qarşılaşma tərəflərin razılığı ilə bir gün sonra, iyulun 15-də keçiriləcək.
Oyun Qəbələ şəhər stadionunda keçiriləcək və saat 17:30-da start götürəcək.