«Şamaxı» transfer bazarında sürət yığıb.
Ayxan Abbasovu baş məşqçi postuna gətirmiş region klubu həm yerli, həm də xarici oyunçularla heyətini gücləndirməkdədir.
Dünən gələn mövsümün çalışmalarına start verən «şirlər» bu gün daha bir legionerlə razılığa gəlib.
Yeni baş məşqçinin istəyi üzərinə Lubeni Haukonqo ilə anlaşma əldə olunub. Namibiya yığmasının müdafiəçisi qarşıdakı 1 ili Azərbaycanda keçirəcək.
Yerli «Svakopmund»nun yetirməsi olan 23 yaşlı arxa xətt oyunçusu bura gələnə kimi Cəniubi Afrika Respublikasında «Kape Toun Spurs»un formasını geyinib.
I Liqanın çempionu onadək 6 legioneri sıralarına qatıb.
Bunlar albaniyalı hücumçu Belajdi Pusi, fransalı dayaq yarımmüdafiəçisi Brahim Konate, gürcüstanlı mərkəz yarımmüdafiəçisi Georgi Kantariya, portuqaliyalı qapıçı Rikardu Fernandes və ingiltərəli forvard Morqan Fereyradır.
SPORTİNFO.AZ