
Ayxan Abbasovda bir «Turan Tovuz» sindromu yaranıb.
Cari mövsüm artıq dördüncü dəfə bunun əziyyətini çəkdi.
Tovuza son səfərdən 3 xalla dönməli idilər. İkinci hissədə nümayiş etdirdikləri futbolla «Turan»ı «yemişdilər».
Heç deməzsən, bu, «Şamaxı»dır, turnir cədvəlinin «alt mərtəbə»sində yerləşən komandadır.
Uzunmüddətli zədədən dönən Leroy Mikelsə «Tovuzun fəxri vətəndaşı» adı verilməlidir. Nigeriya kökənli almaniyalı hücumçu «Turan»ı məğlubiyyətdən qurtardı.
Bir 45 dəqiqə müddətində yaxaladığı qol fürsətlərini dəyərləndirməməklə, «Şamaxı»ya pislik, «Turan»a yaxşılıq etdi.
Bu dəqiqə Ayxan Abbasovun acığı tutmuş bir futbolçunın adını bilmək istəyirsizə, uzağa getməyək, o, elə Mikelsdir.
Ürəyində «əhsən!» söylədiyi bir futbolçunun da adını eşitmək istəyirsizə, gəlin, qapı xəttinə yaxın gedək, o, Rikardu Fernandesdir.
Portuqaliyalı «Şamaxı»nın hər şeyidir. Tovuzda ona tapşırılan qapını əla qorudu!
ELXAN