Premyer Liqanın ən yaxşı qapıçısı niyə satılmasını istəmədi? - VİDEO

25 Aprel 19:40 Şamaxı 306
Premyer Liqanın ən yaxşı qapıçısı niyə satılmasını istəmədi? - VİDEO

"Şamaxı" Rikardo Fernandeslə müqavilə müddətini uzadıb.

30 yaşlı portuqaliyalı qapıçı ilə 2 illik sözləşmə imzalanıb.

Onun bölgə təmsilçisi ilə olan əvvəlki sözləşməsi hazırkı mövsümün sonuna qədər idi.

Rikardo Fernandes bu mövsüm "Şamaxı"nın heyətində 29 oyuna çıxaraq 8 dəfə qapısını toxunulmaz saxlayıb. O, kluba ötən ilin yayında Portuqaliyadan - "Torreense"dən transfer olunub.

Futbol eksperti Emin Abbasov bildirib ki, Rikordo hazırda Premyer Liqada çıxış edən ən yaxşı qapıçılardan biri, bəlkə də birincisidir.

ATV kanalında yayımlanmn "Futbolumuz" verlişində onun haqda danışan teleəşrhçi deyib ki, Azərbaycanın bir sıra imkanlı klubları portuqaliyalını sıralarına qatmaq istəyib, lakin səbəbkar "Şamaxı"da qalmağa üstünlük verib.

Tanınmış televiziya adamı buna səbəb kimi 3 amilin üzərində dayanıb. Qeyd edib ki, Rikardo bu yaşa qədər heç bir komandada sabit oynamaq imkanı qazanmayıb.

Digər tərəfdən, Ayxan Abbasovun fərasəti və idarəçilik bacarığı sözügedən kiperin qərarına təsir göstərib, böyük pullardan imtina eləyib.

Ekspert həmçinin komandanın qapıçılar üzrə məşqçisi Kamil Qafarovun adını çəkib, 31 yaşlı "əlcək sahibi"ni daim formada saxladığını vurğulayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:50 Çək və bizə göndər!
25 Aprel 10:40 Burada AYAQ SAXLA!