
Premyer Liqanın hücumçusu olmayan yeganə komandası «Şamaxı»dır.
Maykl Tuiki görməzdən gəlmirik.
Belajdi Pusi «Fakel»ə transfer olmasaydı, Ayxan Abbasov adını çəkdiyimiz braziliyalını ömründə ilk «11-lik» siması etməzdi. Dünya dağılardı, o, yenə Tuikin birinci dəqiqədən meydanda görünməsinə izn verməzdi.
Bu gün məcburdur, alternativ ada həsrətdir, Tuik də ipdən qırılmış danas kimi önünə keçənin ya ayağını tapdalayır, ya da başqa cür kobudluq edir.
Qol hissiyatı yerlə sürünən braziliyalı ilə nəticənin ipini çəkmək birbaşa Ayxan Abbasovun əməyidir.
Yerində olsaydı bir özgəsi bu Mayklı Şamaxı dağlarına göndərərdi, qoyun-quzu otarmağa.
«Şamaxı»da Makyl Tuik ağlında futbol oynayanların sayı yetərincədlir. Vallah, bunların qol vurması, qələbə qazanması möcüzədir.
«Kəpəz» üzərində qələbəni baş məşqçinin aktivinə yazmalıyıq. Taktiki yanaşmasına bir az duz, bir az istiot qatıb, 3 xalı qopardılar.
Ayxan Abbasov bundan sonra hansı iddialı kluba getsə, yalnız iki əcnəbini özüylə aparacaq. Brahim Konate və Andrey Tırkoveanunun hələ bir neçə il əlinin altında, gözünün qabağtında olmasına çalışacaq.
«Şamaxı» fransalı və rumıniyalı legionerlərin çiyninə gedir.
KAMİL