Bölgə klubu bu qədər problemin içində hər kəsi təəccübləndirməyə davam edir

19:00 Şamaxı 223
Bölgə klubu bu qədər problemin içində hər kəsi təəccübləndirməyə davam edir

Premyer Liqada "Şamaxı" rüzgarı davam edir.

"Şirlər" "Sumqayıt"ın ardınca bu dəfə "Kəpəz"i əliboş yola saldı - 2:1.

Mövsümə uğurlu start verən "Şamaxı"nın uzun müddət belə davam edəcəyi kimsənin ağlına gəlməzdi.

Məhdud büdcə, kasad heyətlə hara qədər gedə bilərsən ki?

Maksimum bir və ya iki dövrə.

Görünən odur ki, bu məntiq "Şamaxı" üçün keçərli deyil.

Ayxan Abbasovun komandası dördüncü dövrədə belə öz duruşunu saxlaya bilir. Ardıcıl iki qələbə bunu demirmi?

Hə, bir neçə dəfə eniş yaşandı.

Ardıcıl məğlubiyyətlər oldu.

Kapitan komandanı yarıda qoydu. İlkin Muradov, Georgi Kantariya kimi əsas heyət üzvləri təcrübəli mütəxəssisin ümidlərini puç etmiş oldu.

Belajdi Pusinin gedişi şok effekti verdi. Kapitan Rəfail Məhərrəmli həftələrdi zədədən əziyyət çəkir.

Lakin bütün neqativlərə rəğmən kollektiv bir olmağı, toparlanmağı bacardı.

İndi qarşımızda daha bərk, mübariz, döyüşkən "Şamaxı" var.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti