"Bu, bizə pis təsir edir, amma..." - "Turan"la oyunda başverənlərə reaksiya verdi

23 Aprel 22:40 Şamaxı 314
"Bu, bizə pis təsir edir, amma..." - "Turan"la oyunda başverənlərə reaksiya verdi

Premyer Liqanın 32-ci turunda "Şamaxı" Tovuz səfərinə yollanacaq.

Son iki görüşdə qələbə qazanan "şirlər"in düşərgəsində əla ab-hava hökm sürür.

Premyer Liqada qalmaq hədəfinin öhdəsindən erkən gələn bölgə klubu ilk "beşlik"də belə yer ala bilər.

Bu baxımdan komandanın çətin səfərdə qələbəyə köklənəcəyi sirr deyil.

Bu rəqiblər arasındakı matçların dramatik keçməsi də görüşə marağı bir xeyli artırmış olur.

Ayxan Abbasovun komandası iki oyunda qələbəni son dəqiqələrdə əldən verib.

Qarşılaşma ilə bağlı Sportinfo.az-a açıqlama verən komandanın müdafiəçisi Rüfət Abbasov da bu məqamı xüsusi qeyd edib:

"Turan" evdə yaxşı çıxış edir. Çətin olacağını bilirik. Amma biz də səfərə xal və xallar qazanmaq üçün gedəcəyik.

İnşallah, baş məşqçinin tapşırıqlarını yerinə yetirib yaxşı nəticə əldə edərik.

Bəli, düz qeyd etdiniz ki, "Turan"a qarşı iki görüşdə son anda qələbəni əldən vermişik. Düzdü, futbolda belə məqamlar təsir edir. Amma keçmiş keçmişdə qalır.

Gələcəyə baxmaq lazımdır. İnşallah, bu məqam bu dəfə heç bir problem yaratmaz".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 20:30 Çək və bizə göndər!
23 Aprel 11:00 İstiqaməti düz seçin!
23 Aprel 08:20 Barbara, Fatimə, Ayan...