Premyer Liqaya “dəmir atan” klub yığmanın üzvü ilə anlaşdı

19 Aprel 15:00 Şamaxı 951
Premyer Liqaya “dəmir atan” klub yığmanın üzvü ilə anlaşdı

Premyer Liqada yerini faktiki təmin edən «Şamaxı» növbəti mövsümün transfer çalışmalarına başlayıb.

Ayxan Abbasovun rəhbərliyi altında uğurlu sezon keçirən «şirlər» həm xarici, həm də daxili bazarda hərəkətli tərpənir.

Bugünlərdə peortuqaliyalı qapıçı Rikardu Fernendeslə müqavilə müddətini 2 il uzadan Şirvan təmsilçisi növbəti keçidi razılaşdırıb.

Bu, «Turan Tovuz»un yetirməsi, cari ilin əvvəlindən «Mingəçevir»in formasını geyinən Raul Məmmədovdur.

«Şamaxı»lılar hazırda I Liqada çıxış edən yarımmüdafiəçi ilə danışıqları başa çatdırıb. 2004-cü il təvəllüdlü gənclə 3 illik anlaşma əldə olunub.

Raul Məmmədov Ayxan Abasova yaxşı tanışdır. O, tovuzlu gəncə «Turan»da çalışdığı vaxtdan bələddir.

Abbasov U-21-in sükanı arxasına keçəndən sonra Məmmədovu diqqətindən kənarda saxlamayıb. Onu Türkiyə toplanışına aparıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 18:10 Çək və bizə göndər!