
“Şamaxı”nın yarımmüdafiəçisi Alfons Msanqa Azərbaycan çempionatları tarixinə düşüb.
Sportinfo.az xəbər verir ki, 21 yaşlı oyunçu yüksək liqamızda qol vuran ilk tanzaniyalı olub.
O, Premyer Liqanın XXX turunda “Sumqayıt”la səfər qarşılaşmasında fərqlənib. 60-cı dəqiqədə adını tabloya yazdıran Msanqa 33 illik çempionatımızın həm də ilk tanzaniyalısıdır.
Bundan başqa, Tanzaniya cari mövsüm Azərbaycan Premyer Liqasında futbolçusu qol vuran 39-cu ölkə olub.
Ümumilikdə cari mövsüm əcnəbilər çempionatımızda 248 dəfə fərqləniblər. Braziliyalılar 55 qolla rekordçudurlar.
“Şamaxı” səfərdə “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəlib.