Əyalətdəki hücumçudan iddialı mesaj: "Hələ son deyil"

18 Aprel 17:00 Şamaxı 267
Əyalətdəki hücumçudan iddialı mesaj: "Hələ son deyil"

"Şamaxı"nın hücumçusu Maykl Tuik Premyer Liqanın 30-cu turunda "Sumqayıt"ı məğlub etdikləri (2:1) görüşdən sonra Sportinfo.az-a müsahibə verib.

Braziliyalı legioner ilk öncə vacib qələbəni şərh edib.

- Çətin oyun keçdi. Düzdü, oyuna istədiyimiz kimi başlamadıq. Amma qələbəni haqq etdiyimizi düşünürəm.

- Oyuna istədiyiniz kimi başlamasanız da sonradan geridönüş etməyi bacardınız. Bunda nə əsas rol oynadı?

- Fasilədə baş məşqçi səhvlərimizi dedi. İkinci yarı rəqibin zəif cəhətlərindən istifadə etdik.

- "Şamaxı"dakı ilk qolunla bağlı təəssüratların necədir?

- Möhtəşəm bir hissdir. Çox çalışırdım, alınmırdı. Amma daha çox çalışmağa davam etdim. Bu gün vurduğum qolun dadını çıxaracam. Növbəti oyunlardan qollarıma davam etməyə çalışacam.

- "Şamaxı"nın bu qələbə ilə Liqada qalmaq hədəfinə çatdığını deyə bilərik?

- Bunu demək olar. Lakin o demək deyil ki, hələ sondur. Biz daha üst pillələrdə yer almaq üçün mübarizə aparacağıq. Məqsədimiz növbəti matçlarda da qələbə qazanmaqdır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"