"Neftçi" və "Sabah"ın adını eşidən braziliyalı forvard: "Çətin olmayacaq"

16 Aprel 17:00 Şamaxı 1 298
"Neftçi" və "Sabah"ın adını eşidən braziliyalı forvard: "Çətin olmayacaq"

Premyer Liqanın 30-cu turunda "Şamaxı" doğma meydanda "Kəpəz"i qonaq edəcək.

Ötən tur Sumqayıt səfərindən önəmli qələbə ilə qayıdan meydan sahiblərinin Premyer Liqada qalmaq hədəfinə böyük ölçüdə çatdığını demək olar.

Hazırda 31 xalla 7-ci pillədə olan bölgə klubunun daha üst sıralarda yer almaq perespektivləri də kifayət qədər yüksəkdir.

6-cı sırada yer alan "Neftçi" ilə aradakı xal fərqi cəmi 4-ə, 5-ci sırada qərarlaşan "Sabah"la isə 5-ə bərabərdir.

Bunun üçün heç də pis formada olmayan "Kəpəz" üzərində qələbə mütləqdir.

Oyun öncəsi Sportinfo.az-a açıqlama verən "şirlər"in braziliyalı forvardı Maykl Tuik hər şeyin özlərindən asılı olduğunu bildirib:

"Kəpəz" əsas rəqiblərimizdən biridir. Çətin oyun bizi gözləyir.

Rəqibin xala ehtiyacı var. Qarşı tərəfi analiz etməyə vaxtımız oldu.

Son oyundakı kimi oynaya bilsək, bizə elə də çətin olmayacaq".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"
18 Aprel 19:30 Çək və bizə göndər!