
"Şamaxı"nın yarımmüdafiəçisi Alfo Msanqa Premyer Liqanın 30-cu turunda "Şamaxı"nı məğlub etdikləri (2:1) matç haqda Sportinfo.az-a açıqlama verib.
O, öncə uğurlu nəticəni şərh edib:
"İlk olaraq qələbəyə görə tanrıya təşəkkür edirəm. "Sumqayıt" əsas rəqiblərimizdən biridir.
Həftə ərzində yaxşı məşqlərimiz oldu. Bu gün haqq etdiyimiz qələbəni qazandıq".
Qonaqlar ilk hissədə məğlub olduqları matçın ikinci yarısında geridönüş etməsi ilə yadda qaldı. Mozambikdən olan legioner bunu baş məşqçinin fasilədə verdiyi motivasiya ilə əlaqələndirib:
"Birinci hissədə də pis oynamadıq. Sadəcə, rəqib ilk səhvimizdəcə qol vurdu.
Fasilədə baş məşqçi bildirdi ki, özünüzə inanın və belə qol vuracaqsınız. Daha çox bizə motivasiya verdi. İkinci yarı qollarımızı vuraraq vacib qələbə əldə etdik".
Sonda qələbə qolunun müəllifi özünü matçın qəhrəmanı hesab etmədiyini sözlərinə əlavə edib:
"Məncə, oyunun qəhrəmanı bütün komanda idi. Çünki hər kəs vuruşdu. Amma Azərbaycan çempionatında ilk qolumu vurduğum üçün özümü xoşbəxt sayıram".
XANOĞLAN