Bölgə klubu nəfəsini hiss etdirdi - "Neftçi" və "Sabah" narahat olmalıdır

17 Aprel 21:00 Şamaxı 1 163
Bölgə klubu nəfəsini hiss etdirdi - "Neftçi" və "Sabah" narahat olmalıdır

Ayxan Abbasov "Şamaxı"da qarşıya qoyulan hədəfinə vaxtından əvvəl çatdı deyə bilərik.

Yayda yığılan heyət, qışda Adil Nağıyev, İlkin Muradov və Kantariya kimi əsas fiqurların komandanı pis vəziyyətdə qoyub getməsi də təcrübəli mütəxəssisin məqsədinə çatmasına mane olmadı.

Düzdü, riyazi baxımdan sonuncu pilləyə enmək olar.

Amma "Səbail"in 11 xallıq fərqi aradan qaldıracağı inandırıcı deyil.

Söhbət burada təkcə xal fərqindən də getmir.

"Şirlər"in mübarizəsi, göstərdiyi oyun Bayıl təmsilçisi üçün əl yeri qoymur.

Nəinki "Səbail"in, hətta "Kəpəz" və "Sumqayıt"ın "Şamaxı"nı qabaqlayacağı real görünmür.

Əksinə, öndə gedən "Sabah" və "Neftçi" narahat olmağa başlamalıdır.

Hər iki iddialı klub artıq bölgə təmsilçisinin nəfəsini hiss etməkdədir.

Sona 6 tur qalmış "Şamaxı" "Sabah"dan 5, "Neftçi"dən cəmi 4 xal geri qalır.

İştah diş altındadı deyiblər.

İlk "beşlik" üçün real şanslar varsa, bunu niyə də dəyərləndirməyəsən?

Həm də hədəfə çatan komandanı qarşıda gözləyən 6 qarşılaşmaya motivasiya edəcək bundan gözəl səbəb ola bilməz.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"