Bu komandanın silkələnməyə EHTİYACI VAR!

12 Aprel 19:00 Şamaxı 285
Bu komandanın silkələnməyə EHTİYACI VAR!

"Şamaxı"da işlər yolunda getmir.

Komanda 3 oyundu qələbə qazanmır.

Son iki matçda isə qol vurmaq da müşkülə çevrilib.

Nə "Zirə"yə (0:3), nə də "Neftçi"yə (0:2) məğlub olduqları matçda alışdığımız mübariz "Şamaxı"nı görmədik.

Düzdü, heyətdə ciddi itkilər var. Leroy Mikels, Veremeyev, Rafael Məhərrəmli, Vüsal Məsimov "ağ qaralar"la görüşü tribunadan izləyirdi.

İş o həddə çatmışdı ki, heyətin kasad olması Ayxan Abbasovun orta sahədə Cəlal Hüseynova güvənməyə möhtac buraxmışdı.

Düzdü, əsas heyətdə yerini çoxdan itirən stoperi dayaq zonasında bir neçə dəfə görmüşük. Amma ilk dəfə start heyətdə bu mövqedə başlayırdı. Ümidləri doğrultmayınca fasilədəcə əvəzləndi.

Qısası, problemlər yox deyil.

Amma unutmayaq ki, təcrübəli mütəxəssis bundan da dərin problemlər içində meydana mübariz komanda çıxara bilib.

İndiki süstlük sanki daha çox rahatlıqdan irəli gəlir.

Sonuncu pillədəki "Səbail"dən 8 xal öndə olan bölgə klubunun Liqada qalmaq perspektivi kifayət qədər yüksəkdir.

Bu da futbolçularda arxayınlıq yaratmamış deyil.

Görünür, kollektivin yaxşı silkələnməyə ehtiyacı var.

Axı sona 7 tur qalmış mövsüm bitibmiş kimi havaya girmək çox tezdir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 18:10 Çək və bizə göndər!
12 Aprel 08:50 O. bu liqaya göndərildi
12 Aprel 03:30 "Mən həyəcanlanıram"