Premyer Liqa komandasında yeni məşqçi - Biri olmayanda o birisi…

11 Aprel 14:00 Şamaxı 1 140
Premyer Liqa komandasında yeni məşqçi - Biri olmayanda o birisi…

«Şamaxı»nın baş məşqçisi Ayxan Abbasov özünə yeni köməkçi götürüb.

Kamal Bayramov bundan sonra onun qapıçılar üzrə köməkçisi olaraq çalışacaq.

Ötən ilin yayından «şirlər»in formasını geyinən 40 yaşlı kiperin artıq əlcəkləri ilə vidalaşacağı dəqiqdir.

Abbasovun bu seçimi U-21 ilə əlaqədardır. Belə ki, martda AFFA ilə 2 illik müqavilə bağlayan və gənclər yığmasının sükanı arxasına keçən mütəxəssis eyni yardımçılarla iki yerdə işləməyin çətinliyinin fərqindədir.

Çünki klubda onunla birgə olan Elnur Çodarov və Kamil Qafarov həmçinin millidə fəaliyyət göstərəcək. Belədə «Şamaxı»nın məşq prosesinə nəzarətdə problem yaranacaq.

U-21-in düşərgəsində yer aldığı vaxt Şirvan təmsilçisinin gündəlik hazırlığına nəzarət etmək lazım gələcək.

Bu işdə Kamal Bayramovun ona böyük köməyi dəyəcək. Çünki adını çəkdiyimiz şəxsin kollektiv içində böyük nüfuzu var.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti