
“Səhvlərimizi düzəltmək və yenidən ən yaxşı futbolumuzu oynamaq mövqeyimizi qorumağın yeganə yoludur”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın hücumçusu Maykl Tuik deyib.
Braziliyalı legioner təhlükəli zonada olmalarına münasibət bildirib:
“Çempionatda xal qazanmaq çox vacibdir və bunun üçün çox çalışmaq lazımdır”.
“Sambaçı” növbəti turda üz-üzə gələcəkləri “Sumqayıt”la matçdan da danışıb:
“Digərləri ilə eyni əhəmiyyətə və çətinliyə malik bir matçdır. Nəticənin müsbət olması üçün hesab edirəm ki, qol imkanları yaratmaq, bunlardan istifadə etmək lazımdır.
Öz oyunumuzu oynamalı, lazımi vaxtlarda rəqibə yüksək təzyiq göstərməliyik. Toplu və ya topsuz durumda doğru çıxış etməliyik”.