
"Neftçi" Premyer Liqanın XXIX turunda "Şamaxı"nı məğlub edib.
Sportinfo.az xəbər verir ki, Şamaxı şəhər stadionunda gerçəkləşən qarşılaşma paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə ilk qolu 42-ci dəqiqədə penaltidən Ramil Şeydayev vurub. 89-cu dəqiqədə isə Filip Ozobiç fərqi iki topa çatdırıb.
Xallarının sayını 35-ə çatdıran "ağ-qaralar" altıncı pillədə qərarlaşıb. Meydan sahibləri 28 xalla səkkizincidir.
“Şamaxı” – “Neftçi” 0:2
Qollar: Ramil Şeydayev, 42 (p.); Filip Ozobiç, 89
Şamaxı şəhər stadionu, 1500 tamaşaçı
Baş hakim: Fərid Hacıyev
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Rəhman İmami
Dördüncü hakim: Əli Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqələr: Alfons Msanqa, 62 (qeyri-idman hərəkəti); Brahim Konate, 83 (qeyriidman hərəkəti)
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 5 dəq.
“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov 18. Cəlal Hüseynov (k) (23. Murad Vəliyev, 46) 82. Rüfət Abbasov (19. Fəxri Məmmədli, 75) 24. Edqar Adilxanov (60. Səbayıl Bağırov, 89) 12. Maykl Tuik (73. Elmar Məmmədov, 75) 32. Vasiliye Radenoviç 93. Brahim Konate 30. Andrey Tirkoveanu 66. Vasiliye Bakiç 33. Alfons Msanqa (6. Rauf Rüstəmli, 75)
Ehtiyat oyunçular: 85. Kamal Bayramov 62. Abdulla Seydəhmədov
Baş məşqçi: Ayxan Abbasov
“Neftçi”: 1. Emil Balayev (k) 10. Filip Ozobiç 3. Höccət Haqverdi 19. Azər Salahlı 7. Azər Əliyev 90. Ramil Şeydayev 13. Emil Səfərov (11. Aleks Fernandes, 20) 14. Edvin Kuç 6. Rafael Quzzo (17. Rəhman Hacıyev, 60) 99. Ervin Koffi 9. Bassala Sambu (91. Ağadadaş Salyanski, 90+2)
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 30. Rustam Samigullin 47. Murad Məmmədov 22. Dembo Darboe 77. Yeqor Boqomolski
Məşqçi: Mübariz Orucov