"Vaxtımız az olduğu üçün onunla müqavilə imzalamadıq"

7 Aprel 18:10 Şamaxı 304
"Vaxtımız az olduğu üçün onunla müqavilə imzalamadıq"

"Şamaxı" Premyer Liqanın 29-cu turu çərçivəsində doğma meydanda "Neftçi"yə 0:2 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan ABbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Evdə qalib gəlmək istəyirdik. Təəssüf ki, alılnmadı. İlk yarıda pis oynamadıq, qol imkanlarından istifadə edə bilmədik. Hər şey üst-üstə düşür, zədəlilər çoxalır. Bilirdik ki, ehtiyat qüvvəmiz az olduğu üçün çətinliklər olacaq. Bunlar normaldır, mövsüm ərzində olur. Sevindirci haldır ki, bu gün gənc oyunçu Elmar Məmmədov debüt etdi. Qarşıdakı günlərdə toparlanacağıq. İnanıram ki, hədəfimizə çatacağıq.

- Yeni hücumçu transfer edəcəyiniz gözlənilirdi. Bu məsələ nə yerdə qaldı?

- Həm sənəd problemi var idi, həm də hazır deyildi. Vaxtımız az olduğu üçün onunla müqavilə imzalamadıq.

- "Kəpəz"lə 1, "Səbail"lə 8 xal fərqi var aranızda. Çempionatın sonu sizin üçün gərgin keçə bilər?

- Bəli, gərgin keçəcək. 3 xallıq sistemdə 8 xal elə də böyük fərq deyil. Mövsümün əvvəlində də xal fərqi tez-tez dəyişirdi. Sona qədər mübarizə aparacağıq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Aprel 08:20 “Uduzmaq istəmirdik"