
“Açıq deyəcəm, Azərbaycanın adını ölkə olaraq eşitmişdim, başqa heç nə bilmirdim”.
Bunu Sportinfo.az-a açıqlamasında “Şamaxı”nın legoneri Andrey Tirkoveanu deyib.
“Şirlər” rumıniyalı yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalayıb. 27 yaşlı orta sahə oyunçusu Buxarest «Dinamo»sunun yetirməsidir.
O, 2004-cü ildən 2016-cı ilədək paytaxt təmsilçisinin şərəfini qoruyub. Növbəti iki ili isə icarə əsasında «Qaz Metan Mediaș»da keçirib.
Növbəti illərdə də ««Viitorul Konstanța», «Konkordiya», «Botoşani» və «Argeș Piteşti»nin uğurları üçün tər töküb.
2024-cü ildə Kanadaya yollanıb və «Pakifik»lə müqavilə imzalayıb və 22 oyuna çıxıb.
Andre Rumniyanın U-16 və U-17 yığmalarının da formasını geyinib. O, “bura gəlməmişdən əvvəl təsəvvürlərin necə idi” sualına cavabında deyib:
“Qətiyyən heç nə bilmirdim. Bakının gözəlliyi yaxşı mənada mənim üçün sürpriz oldu.
Həqiqətən möhtəşəm yerdir. Ümumiyyətlə, Azərbaycan gözəl ölkədir.
“Şamaxı”nın təklifini qəbul etdiyimə görə peşmanlıq hissi keçirmirəm. Təbii ki, mənim də planlarım var.
İstəyim ki, hələ bir neçə il Azərbaycanda qalmaqdır”.