Ronaldonun həmyerlisi baş məşqçiyə görə böyük pullardan İMTİNA ETDİ!

6 Aprel 22:55 Şamaxı 374
Ronaldonun həmyerlisi baş məşqçiyə görə böyük pullardan İMTİNA ETDİ!

"Şamaxı"nın Rikardo Fernandeslə imzaladığı yeni müqavilənin maliyyə şərtləri məlum olub.

Şirvan təmsilçisi ilə sözləşməsini 2 il müddətinə uzadan portuqaliyalı qapıçının əməkhaqqısı xeyli artırılıb.

Bu mövsüm 5000 dollar maaş alan 30 yaşlı legioner bundan sonra 2000 dollar artıq qazanacaq.

Kriştianu Ronaldonun həmyerlisinin "şirlər"ə böyük jest etməsindən də xəbəriniz olsun. Belə ki, ona digər klublardan 120-150 min dollarlıq təkliflər gəlib.

Kiper sırf baş məşqçi Ayxan Abbasova bəslədiyi hörmətə görə onların dəvətini geri çevirib və "Şamaxı"da qalıb.

Rikardo Fernandes bu mövsüm "Şamaxı"nın heyətində 29 oyuna çıxaraq 8 dəfə qapısını toxunulmaz saxlayıb. O, kluba ötən ilin yayında "Torreense"dən (Portuqaliya) gəlib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti