“Zirə”yə tərif yağdırdı, sözünü dedi: “Alınmasa...”

30 Mart 14:00 Şamaxı 424
“Zirə”yə tərif yağdırdı, sözünü dedi: “Alınmasa...”

“Zirə” çox yaxşı komandadır. Sürətli futbol oynayırlar, yaxşı nəticələr qazanırlar”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nın legioneri Andrey Tırkoveanu deyib.

Dördüncü dövrənin açılış turunda bölgə təmsilçisi səfərdə “Zirə”nin qonağı olacaq.

Cari mövsümdə komandalar arasında baş tutan üç oyunun ikisində zirəlilər, birində şamaxılılar qələbəyə sevinib.

Maraqlıdır ki, ilk dövrədə “Şamaxı” 3 xalı məhz Zirədə bayram etmişdi. Bu dəfəki qarşılaşma da qəsəbədə reallaşacaq.

Rumıniyalı yarımmüdafiəçi rəqibin gücünü qabartsa da, qorxmadıqlarını söyləyib:

“Bura qışda gəldiyim üçün “Zirə”nin gücünü iki oyunda görmüşəm. Biri yanvardakı yoldaşlıq matçında, biri də Şamaxıdakı görüşdə.

Hər ikisində bizi məğlub ediblər. Həqiqətən güclü rəqibdir.

Üstəlik, özlərinə doğma olan meydanda oynayacaqlar. Buna baxmayaraq, məqsədimiz qalib gəlməkdir.

Bunun üçün əlimizdən gələni edəcəyik. Alınmasa, 1 xal da yaxşı nəticə sayılacaq”.

Bu gün Zirə İdman Kompleksinin stadionunda baş tutacaq oyun saat 18:00-da start götürəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
31 Mart 23:45 3 qol - VİDEO