
“Şamaxı” Premyer Liqanın 28-ci turunda “Zirə” ilə keçiriləcək qarşılaşmada əsas futbolçularından birinin xidmətindən məhrum olacaq.
Brahim Konate səfər qarşılaşmasında forma geyməyəcək.
Sportinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi cəza səbəbindən oyunda iştirak edə bilməyəcək.
Buna onun ötən tur “Araz-Naxçıvan”la görüşün 76-cı dəqiqəsində sarı vərəqə alaraq limiti doldurması səbəb olub.
“Zirə” – “Şamaxı” matçı martın 30-da, saat 18:00-da başayacaq.