Rəşad Sadıqov bu xəbərə mütləq SEVİNƏCƏK

30 Mart 16:05 Şamaxı 643
Rəşad Sadıqov bu xəbərə mütləq SEVİNƏCƏK

Premyer Liqada milli komandalara görə yaranmış 12 günlük fasilə həftəsonu 28-ci turun start götürməsi ilə sona çatacaq.

"Şamaxı" tur çərçivəsində "Zirə"nin qonağıdır.

Bölgə klubu matça ciddi itki ilə çıxmalı olacaq.

Sarı vərəqə limitini dolduran Brahim Konate "qartallar"la görüşü buraxacaq.

Bu mövsüm aktivində 6 qol, 2 məhsuldar ötürmə olan 29 yaşlı yarımmüdafiəçinin yoxluğu mütləq hiss olunacaq.

"Şirlər"i düşündürən təkcə Kanatenin olmaması deyil.

Onunla bərabər baş məşqçi Ayxan Abbasov da görüşü tribunadan izləyəcək. Təcrübəli mütəxəssis 4 sarı vərəqə limitini doldurub.

Həm də gənclər millimizin baş məşqçisi olan Abbasov bu səbəbdən fasilə müddətində "Şamaxı"nın məşqlərində iştirak edə bilmədi.

Uğurlu mövsüm keçirən region təmsilçisinin bu şərtlər altında Zirədə yaxşı nəticə qazanması çox çətin görünür.

Xatırladaq ki, "Zirə" - "Şamaxı" qarşılaşması 30 mart, 18:00-da start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Mart 23:45 3 qol - VİDEO