“Nəfəs almağa imkan yoxdur” - Premyer Liqanı görüb təəccübləndi

23 Mart 22:30 Şamaxı 620
“Nəfəs almağa imkan yoxdur” - Premyer Liqanı görüb təəccübləndi

“Düzünü deyəcəyəm, Azərbaycan çempionatında bu dərəcədə rəqabətin olacağını gözləmirdim”.

“Şamaxı”nın qış fasiləsində heyətinə qatdığı Vladislav Veremeyev Sportinfo.az-a açıqlamasında Azərbaycanda gördükləri ilə bağlı danışıb.

İndiyə qədər dörd fərqli ölkədə - Ukrayna, Latviya, Estoniya və Slovakiyada legioner həyatı yaşamış 26 yaşlı müdafiəçi ölkəmiz haqda müəyyən məlumatlar eşitsə də, Premyer Liqanın bu qədər gərgin olduğunu təsəvvür etmirmiş.

Ukraynalı futbolçu burada olmaqdan məmnunluğun gizlətməyib:

“Bu çempionatda asan rəqib anlayışı yoxdur. Bütün komandalar bir-birinə çətinlik yaradır.

Hətta sonuncu pillələrdə yer alanlar medallar uğrunda mübarizə aparanları büdrədir, xalsız qoyur. Nəfəs almağa imkan yoxdur.

Bu cür çempionatda çıxış etmək xoşdur və burada olmaqdan məmnunam".

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti