Özü millini toplanışa apardı, bəs klubu kimə tapşırdı?

11:05 Şamaxı 755
Özü millini toplanışa apardı, bəs klubu kimə tapşırdı?

21 yaşadək futbolçulardan ibarət milli iki gündür Türkiyədədir.

Ayxan Abbasovun yenicə işə başladığı yığma martın 26-dək Antalya şəhərində təlim-məşq toplanışı keçəcək.

U-21 hazırlıq çərçivəsində martın 22-də Moldova, 25-də isə Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşündə üz-üzə gələcək.

Bilirsiz ki, AFFA ilə 2 illik müqavilə imzalamış A.Abbasov həm də «Şamaxı»nı çalışdırmaqda davam edir. «Şirlər» dünəndən Premyer Liqanın 28-ci turunun hazırlıqlarına start verib.

Üç günlük istirahətdən geri qayıdan komandanı məşqlərə kim çıxarır bəs? Çünki o, buradakı köməkçilərindən Elnur Çodarov və Kamil Qafarovu U-21-ə gətirib.

Ayxan Abbasov «Şamaxı»nı yardımçılarından Xəyal Qarayevə əmanət edib. Həmçinin akademtyada fəaliyyət göstərən bir neçə məşqçi də məşqlərə qoşulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti