Kanadadan sonra Azərbaycanda yaşamaq çətin deyil ki?

16:40 Şamaxı 201
Kanadadan sonra Azərbaycanda yaşamaq çətin deyil ki?

“Şamaxı”nın futbolçusu Andrey Tırkveanu Sportinfo.az-a müsahibə verib.

Rumıniyalı yarımmüdafiəçi şərəfini qoruduğu komandanın hazırkı durumu ilə yanaşı, şəxsi həyatı ilə bağlı sualları cavablandırıb.

- Son oyunlardakı nəticələrdən sonra rahat nəfəs almağa başlamısınız yəqin.

- Nə mənada?

- Sonuncu pillədəki “Səbail”lə aranızdakı xal fərqi 10-a çatıb.

- Məqsəd təkcə çempionatdakı yerimizi qorumaqdan ibarət deyil. Eyni zamanda, həm də daha yaxşısını etmək istəyirik. Hər bir futbolçu maksimumu arzulayır, o cümlədən mən.

- “Şamaxı” üçün maksimum nə ola bilər?

- Məsələn, mövsümü beşinci pillədə başa vurmaq. Şəxsən Azərbaycanda elitada qalmaq uğrunda mübarizə aparmaq üçün gəlməmişəm. Hədəflərim və məqsədlərim böyükdür. İnanıram ki, digər komanda yoldaşlarımda da belədir. Daha çox çalışmaqla məqsədə çatmaq mümkündür.

- Mart ayında keçirdiyiniz 3 oyundan 7 xalla ayrıldığınızı nəzərə alsaq, çempionatda yaranan fasilə “Şamaxı”nın xeyrinə işləyəcək, yoxsa əksinə?

- Fasilənin yaranması heç də pis deyil. Çünki bu, buraxdığımız səhvləri aradan qaldırmaq və yeni tapşırıqlar üzərində işləmək üçün yaxşı imkandır. Qış fasiləsində içi mən qarışıq yeni gələn futbolçular oldu. Xətlərarası əlaqənin yaxşılaşdırılması üçün də bu fürsətdən yararlanmalıyıq.

- Kanadadan sonra Azərbaycanda yaşamaq çətin deyil ki?

- Sizə söz deyim?

- Buyur.

- Kanadailə müqayisə etsək, Azərbaycanı daha çox bəyənirəm. Bəlkə də başqalarının seçimi Kanada olar. Ancaq Azərbaycandakı insanların mehribanlığı, qonaqpərvərliyi məni valeh edib. Kanadadakı insanlar bu qədər açıq və mehriban deyil. İnsanlar öz yerində, ölkənizin təbiəti, gözəlliyi, çempionatdakı rəqabət – hər şey ürəyimcədir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti