Klubun rəhbəri onu niyə satdıqlarını dedi: “Bu təklifə "yox" deyə bilməzdik"

19:40 Şamaxı 525
Klubun rəhbəri onu niyə satdıqlarını dedi: “Bu təklifə "yox" deyə bilməzdik"

“Bir çox məsələləri ölçüb-biçdik. Yekunda iqtisadi durum nəzərə alındı”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında ”Şamaxı ”nın İdarə Heyətinin sədri Elçin Usub deyib.

O, yaxınlarda 150 min dollar qarşılığında "Fakel"ə (Rusiya) satılan Belajdi Pusinin transferindən danışıb.

Bilindiyi kimi, albaniyalı hücumçu "Şamaxı"nın bu mövsüm Premyer Liqala vurduğu qolların 43%-də birbaşa iştirak etmişdi.

Görəsən, onun gedişindən sonra klub rəhbəri kimi Usubda Birinci Liqaya yuvarlanmaq kimi narahatlıq yaranıb?

Sədri dinləyək:

"Bu, asan qərar deyildi, narahatlıq vardı. İmtina etsəydik, futbol baxımından başa düşülərdi.

Amma klubu idarə edənlər yalnız bu yöndən yox, həm də iqtisadi məsələləri düşünür.

Klubun gələcəkdə maliyyə vəziyyətinin dayanıqlı olmasını və qışda edilən transferlərin bizə kömək edə biləcəyini düşünərək bu təklifə "yox" deyə bilməzdik".

Digər Xəbərlər
Xəbər Lenti