AFFA klubun köməyinə gəldi, müqaviləni uzatdılar, çox xərcə düşmədilər

17 Mart 17:00 Şamaxı 483
AFFA klubun köməyinə gəldi, müqaviləni uzatdılar, çox xərcə düşmədilər

Gələn mövsüm «Şamaxı»nı kimin çalışdıracağı dünən rəsmən duyuruldu.

«Şirlər» saytımızın yaydığı informasiyanı təsdiqlədi (https://www.sportinfo.az/idman_xeberleri/shamaxi/149007.html).

Bildirildi ki, Ayxan Abbasov və köməkçiləri ilə müqavilənin müddəti 1 illik yenilib.

Baş məşqçi ilə yanaşı, Elnur Çodarov, Kamil Qafarov, Vüsal və Xəyal Qarayev qardaşları 2026-cı ilin yayınadək əyalət təmsilçisinin uğurları üçün çalışacaq.

Bu korpus ötən ilin iyununda görəvə gəlib. Klub rəhbərliyi onlarla əməkdaşlığı davam etdirmək üçün bir qədər artıq xərcə düşüb. Abbasov və yardımçılarının maaşı artırılıb.

Amma o qədər də yox… Çünki onlar «Şamaxı» ilə yanaşı, U-21 yığmasında da fəaliyyət göstərəcək.

Ayxan Abbasov Elnur Çodarov və Kamil Qafarovu da özüylə gənclər millisinə aparıb.

Əgər AFFA İcraiyyə Komitəsi namizədliyini təsdiqlətməsəydi və 2 illik müqavilə bağlanmasaydı, o, Şirvan təmsilçisi ilə vidalaşacaqdı.

Başqa sözlə, federasiyadan gələn təklif «Şamaxı» başbilənlərinin də işinə yarayıb. AFFA onların arzusunun üstünə yağ sürtdü.

Hər halda Abbasovun qvardiyası üzərinə götürdüyü işi məsuliyyətlə yerinə yetirməkdədir.

27 turda 28 xal toplayan kollektiv Premyer Liqada qalmaq vəzifəsinin öhdəsindən demək olar gəlib. Yeddinci pillədədirlər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Mart 11:20 Bala-bala...