“Mövsümə böyük məbləğdə borcla başladıq, banklardan kreditlər almalı olduq”

15 Mart 20:40 Şamaxı 487
“Mövsümə böyük məbləğdə borcla başladıq, banklardan kreditlər almalı olduq”

"Şamaxı"nın idarə heyətinin sədri Elçin Usub Sportinfo.az-a açıqlama verib.

O, ilk dəfə komandanın lideri Belajdi Pusinin sürpriz ayrılığından danışıb.

Rəhbər şəxs qərarın verilməsinin ağır olduğunu etiraf edib, amma bir çox gizli mətləblərə aydınlıq gətirib:

"Qərar vermək çətin idi. Amma bu sualın cavabında çox dərinə getməliyik.

Bu gün, məsələn, "Fənərbaxça" kimi klubun borcu təxminən 500 milyon dollardır, amma rahat öz işləri ilə məşğuldurlar. Bizim bu kimi komfort zonamız yoxdur.

“Şamaxı” hal hazırda Premyer liqada sponsoru olmayan tək klub olduğundan, istənilən qərarı verəndə maliyyə stabilliyini də düşünməliyik.

Mövsümə böyük məbləğdə borcla başlamışdıq. Banklardan kreditlər almalı olduq.

Burada iqtisadi durumu unutmaq olmaz. Azarkeşləri başa düşürəm., amma bəzən iddialı çağırışlar səsləndirəndə, həqiqətləri də unutmamalıyıq.

3 ildi "Şamaxı"nın oyunları üçün davamlı bilet satışını təşkil etmək istəyirik. Böyük iddialar irəli sürən azarkeşlərin əksəriyyəti 2-3 manat verib oyunlara bilet almaq istəmir.

Burada fikrimə "stop" verirəm. Yəqin ki, hər şey aydın oldu".

Xatırladaq ki, albaniyalı hücumçunun Rusiyanın "Fakel" klubuna keçidinə görə "Şamax"nın 100 min dollar qazanc əldə etdiyi bildirilir.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
15 Mart 11:20 Bu, cəsarət istəyir!
15 Mart 08:20 Qeyrət üçün 50 manat