
Ayxan Abbasov «Şamaxı»nın müqaviləni uzatmaq təklifinə hələlik nə «hə», nə də «yox» deyib.
Bu haqda saytmıza klubdan məlumat verilib.
Billdirilib ki, çalışdırıcı ilə bir müddət əvvəl başlayan danışıqlar hələ də davam etməkdədir.
Təcrübəli mütəxəssis kontraktın yenilənməsi üçün bir neçə şərt irəli sürüb və hazırda həmin məsələlərin müzakirəsi getməkdədir.
Qeyd olunub ki, ötən ilin iyununda sükan arxasına keçmiş Abbasov büdcənin artırılmasını istəyib.
O, Premyer Liqada qalmaq üçün deyil, orta sıralardan birini tuta biləcək komanda formalaşdırmaq niyyətində olduğunu rəhbərliyin diqqətinə çatdırıb.
Xəbərdarlıq eləyib ki, şərait yaxşılaşmasa, bir neçə səviyyəli legionerin alınmasına vəsait ayrılmasa, «Şamaxı»da işləməyin mənası yoxdur, mayın sonunda əşyalarını da toplayaraq, rayonla vidalaşacaq.
Cari sezonda 26 oyun keçirən Şirvan təmsilçisi Premyer Liqada 27 xal toplayıb.
Son iki turda «Səbail» və «Sabah»a qalib gələn «şirlər» təhlükəli zonadan uzaqlaşaraq, turnir cədvəlinin 7-ci pilləsində «mənzillənib».
SPORTİNFO.AZ