_2.jpg)
"Şamaxı" Premyer Liqanın 26-cı turunu qələbə ilə başa vurdu.
Doğma meydanda "Sabah"ı qəbul edən "şirlər" 3 xalı 1 qolla aktivinə yazdıra bildi.
Matçın qəhrəmanı isə sözsüz ki, 19 yaşlı Edqar Adilxanov oldu.
Bəstəboy futbolçu başla vurduğu əla zərbə ilə qələbənin memarına çevrildi.
Təbii ki, belədə final fitindən sonra mətbuat nümayəndələrinin onu sorğu-suala çəkmək cəhdi anlaşılan idi.
Amma Edqarı danışdırmaq mümkün olmadı.
Bu da səbəbsiz deyil.
Ona mətbuata danışmamaq qadağası qoyulub.
Məqsəd mövsümün kəşfi sayılan vingerin qarşıdakı oyunlarda daha yaxşı köklənməsidir.
XANOĞLAN / SPORTİNFO.AZ