AFFA Premyer Liqa klubuna ŞOK TƏKLİF VERDİ - Razılıq əldə olundu!

13:00 Şamaxı 1 286
AFFA Premyer Liqa klubuna ŞOK TƏKLİF VERDİ - Razılıq əldə olundu!

«Şamaxı» tezliklə gənclər yığmasının əsas bazasına çevroilə bilər.

Bu barədə Şirvan təmsilçisindən redaksiyamıza məlumat daxil olub.

Saytımıza verilən informasiyaya görə, AFFA rəhbərliyi ilə bu istiqamətdə ilkin danışıqlar aparılıb. Federasiyadan «şirlər»ə müvafiq təklif verilib və cavab da müsbətdir.

Qurum ən yaxın günlərdə U-21-in yeni baş məşqçisinin adını açıqlayacaq. Böyük ehtimalla, martın 14-də. Həmin gün AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclasının keçirilməsi planlaşdırılır.

İK-nin yığıncağında digər məsələlərlə yanaşı, gənclər millisini çalışdıracaq şəxsin kimliyi də müəyyənləşəcək.

Ayxan Abbasov da həmin namizədlər arasındadır. AFFA-nın bir neçə üst funksioneri istəyir ki, o, «Şamaxı»da qalmaqla yanaşı, U-21-in sükanı arxasında dayansın.

Belədə yığmaya namizəd cavanların bir çoxu «şirlər»in düşərgəsinə cəlb ediləcək. Təklif İK tərəfindən dəstəklənsə, AFFA kluba əlavə büdcə ayıracaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti