“Sabah”ın yeni baş məşqçisi o, olsa...

11 Mart 14:40 Şamaxı 2 886
“Sabah”ın yeni baş məşqçisi o, olsa...

Artıq «Şamaxı» yeddinci yerdədir.

Ardıcıl iki qələbə onları son pillədəki «Səbail»dən 6 xallıq məsafəyə qədər uzaqlaşdırıb.

Ayxan Abbasovun yuxusuz gecələrinin başa çatdığı qənaətindəyəm.

Bu çempionatın ən kasıb iştirakçısı «Şamaxı»dır. Abbasov yastı-yapalaq heyətlə yenə «Sabah»a badalaq gələ bildi.

Nə az, nə çox, düz üçüncü dəfə! «Sabah»dan qopardıqları xalların sayı artıq 7-dir.

Öz aramızdır, kim inanardı buna?

Ayxan Abbasov, ümumiyyətlə, «Sabah»ı udmağın reseptini tapıb.

Bilirsiz, maraqlı həm də nədir? Abbasov «Sabah»a lazım olmayan gənc futbolçularla Vasili Berezutskinin qəniminə çevrilib.

Fikirləşirsən: əgər o, bu təcrübəsiz gənclərlə belə nəticə göstərirsə, gör, «Sabah»ın özünü ona nə versələr, hansı işlər görər! Hər halda Berezutskinin elədiyi səhvlərin heç birini eləməz, komandanı çempionluğa oynadar.

«Sabah» rəhbərliyinin arzuladığı məşqçi düz gözlərinin qabağındadır. Ayxan Abbasova təklif göndərmirlər, gedib hansısa xorvatı, rusu tapıb gətirirlər.

«Şamaxı» onun üçün balaca klubdur. Gələn mövsümə burada başlamamalıdır.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti