
«Şamaxı» rəhbərliyi, nəhayət ki, verdiyi sözü tutub.
«Şirlər» ötən mövsüm I Liqanın çempionu olan komanda üzvlərinə vəd etdiyi mükafatı 10 aydan sonra ödəyib.
Bu uğurda payı olanların heç biri diqqətdən kənarda qalmayıb. Onların hər birinə 2500-5000 manat civarında pul çatıb.
Şirvan təmsilçisi keçən sezona Vüqar Əsgərovla start verib. «Futbol ili»nə istənilən kimi başlaya bilməyən çalışdırıcı bir neçə həftə sonra istefaya göndərilib.
Onu isə baş məşqçi postunda Ramiz Məmmədov əvəzləyib. Məhz bu şəxsin sükanı təhil almasıyla «Şamaxı»nın həyatında canlanma yaranıb.
Qısa müddətdə toplarlanan kollektiv növbəti 18 turda məğlubiyyət üzü görməyib.
12 qələbə əldə edən və yalnız 6 dəfə heç-heçəyə imza atan «şirlər» son turda «Qaradağ Lökbatan»ı da qabaqlayaraq, qızıl medallara yiyələnib.
SPORTİNFO.AZ